Now Reading:
Kəmaləddin Heydərova yeni “köhnə rəqib” – FƏRHAD ƏLİYEV QAYIDIR
Full Article 2 minutes read

Kəmaləddin Heydərova yeni “köhnə rəqib” – FƏRHAD ƏLİYEV QAYIDIR



Sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevin adı yenidən gündəmə gəlib. Sabiq nazir həbsdən çıxdığı 4 il ərzində indiki qədər diqqət mərkəzində olmayıb. Yada salaq ki, Fərhad Əliyev 2005-ci ilin oktyabrında dövlət çevrilişi ittihamı ilə həbs edilib. 2007-ci ilin oktyabrında isə iqtisadi cinayətlərə görə təqsirli bilinərək 10 il müddətinə azadlıqdan məhrum edilib.

2013-cü ilin oktyabrında prezident İlham Əliyevin imzaladığı əfv sərəncamı ilə cəzanın çəkilməmiş hissəsindən azad edilib.

Fərhad Əliyev barədə yayılan son məlumatlarda deyilir ki, həsbdən sonra İngiltərəyə, ardınca Türkiyəyə gedən sabiq nazir bir müddətdir ki, Azərbaycandadır. Hazirda onun iş adamı kimi fəaliyyət göstərdiyi bildirilir.

İddialara görə, Sumqayıt Texnologiyalar Parkı da bilavasitə onun iştirakı ilə qurulub.

Eyni zamanda onun bir sıra iri layihələrə rəhbərlik etdiyi də gələn xəbərlər arasındadır.

Məlumatlarda o da qeyd olunur ki, Fərhad Əliyev günahsız həbs olunduğunu və onun vurulmasında rolu olanların yalanlarını yüksək dairələrdə sübut edə bilib.

Bu məlumatlar təkzib olunmadığına görə ictimai sferada müxtəlif mülahizələrə yol açıb. Bəzi ehtimallara görə, hakimiyyətdə Fərhad Əliyevi yenidən komandada görmək istəyənlər var. Hələlik onun biznes layihələrinə rəhbrəlik etməsi perspektivdə hansısa vəzifəyə təyin olunması üçün tramplin xarakteri daşıya bilər. Bu qənaətdə olanlar Fərhad Əliyevə bəraət verilə biləcəyi ehtimalını da irəli sürür.
Eyni zamanda bildirilir ki, Fərhad Əliyevin komandaya qayıtması məsələsinin gündəmə gəlməsi hakimiyyətdaxili ziddiyyətlərlə bağlı ola bilər.

Qeyd edək ki, nazir kimi fəaliyyət göstərdiyi ərəfədə mətbuatda onun barəsində Kəmaləddin Heydərovun rəqibi, hətta düşməni olması barədə məlumatlar tirajlanıb. Bu günədək təkzib olunmayan bu məlumatlar həqiqətə uyğundursa, o zaman F. Əliyevin Heydərova yeni rəqib kimi komandaya daxil ediləcəyi istisna olunmur. Qeyd edək ki, hazırda Heydərov ən ciddi rəqibi olan Ziya Məmmədovu yenərək siyasi baxımdan rahat dönəmə qədəm qoyub. Hesab etmək olar ki, hakimiyyətdaxili çəkişmələrdə onua təsir rıçaqının olmaması Fərhad Əliyevin yenidən vəzifəyə təyin olunacağı barədə söyləntiləri bir qədər də qüvvətləndirir.

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.