Now Reading:
KƏMALƏDDİN HEYDƏROVA DAHA BİR ZƏRBƏ – Gömrük də əldən çıxır
Full Article 2 minutes read


Fazil Məmmədov vergilər naziri vəzifəsindən azad ediləndən sonra daha bir neçə iri ranqlı məmurun karyerasına son qoyulacağı barədə ehtimallar səsləndirilir. Güman edilir ki, Fazil Məmmədovun işdən çıxarılması və onun yerinə Mikayıl cabbarovun təyin olunması hakimiyyət komandasında ciddi dəyişikliklərin başlanğıcıdır.

Bəzi mülahizələrə görə, işdən çıxarılacaq məmurların arasında birinci sırada Dövlət Gömrük komitəsinin sədri Aydın Əliyev gəlir. İddia olunur ki, yaxın vaxtlarda Aydın Əliyev postuna əlvida deyəcək. Hətta bəzi ehtimallara görə, Dövlət Gömrük Komitəsi ləğv oluna bilər. Bu halda qurumun səlahiyyətlərinin Vergilər Nazirliyinə veriləcəyi güman edilir.

Fazil Məmmədov işdən çıxarılanda belə məlumatlar yayılmışdı ki, bu, Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun təsir imkanlarını azaltmaq, eyni zamanda iri pulların dövr etdiyi qurumu onun nəzarətindən çıxarmaq üçündür. Qeyd edək ki, Fazil Məmmədov nazir olmamışdan əvvəl Dövlət Gömrük Komitəsində sədr müaivi vəzifəsində çalışıb. Həmin vaxt sözügedən komitənin sədri Kəmaləddin Heydərov olub. Bu baxımdan Fazil Məmmədov həmişə Kəmaləddin Heydərovun kadrı hesab edilib. Hətta Fazil Məmmədovun vergilər naziri təyin olunmasında da Kəmaləddin Heydərovun mühüm rol oynadığı barədə iddialar var.

Aydın Əliyevin Kəmaləddin Heydərova yaxın olduğunu sübut eləməyə ehtiyac yoxdur. Eyni zamanda, Dövlət Gömrük Komitəsində rəhbrə vəzifələrdə çalışanların əhəmiyyətli hissəsi fövqəladə hallar nazirinin kadrları sayılır. Əgər Fazil Məmmədovun işdən çıxarılmasında Kəmaləddin Heydərov amili varsa, o zaman Aydın Əliyevin “vurulacağ”ı barədə ehtimallar inandırıcı görünür.

Az24saat.org

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.