Now Reading:
Kəmaləddin Heydərov vəzifəsini itirir – Özbəkistana qayıdışa start verilib
Full Article 3 minutes read

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov artıq uzun müddətdir ki, bir zamanlar biznes fəaliyyətinə başladığı Özbəkistanda yenidən söz sahibi olmaq üçün yarışa başlayıb.



Milli Məcisin son iclasında deputat Zahid Oruc prezident seçkisindən sonra ciddi kadr islahatlarının olacağı ilə bağlı anons verib. Az24.org-un xəbərinə görə, “Prezident seçkilərindən sonra Azərbaycan hökuməti istefa verəcək və yenidən formalaşacaq” – deyən deputat vurğulayıb ki, yeni hökumətin formalaşması isə son bir ilin kontekstində deyil, ən azı 5 ilin yekunlarına görə olacaq.

Z.Oruc əlavə edib ki, yeni hökumət formalaşarkən siyasi, iqtisadi təhlükəsizlik məsələlərinə diqqət veriləcək: “Bu tələblərə cavab verən şəxslər komandada yer alacaq”.

Az24.org-a daxil olan məlumata görə, prezident seçkilərindən sonra Nazirlər Kabinetinin buraxlması ənənəvi qaydada olmayacaq. Yəni əvvəl Konstitutisyanın tələbi olan bu prosedur formal keçirilirdi: Nazirlər Kabineti buraxıldığı tərkibdə yenidən eyni vəzifələrə təyin edilirdi.

Bu dəfə isə hakimiyyətin əsas fiqurları sayılan bir çox şəxslər vəzifələri ilə vidalaşmalı olacaqlar. Bu sırada, gözlənildiyi kimi Baş nazir Artur Rəsizadə ilə yanaşı bir neçə nazir və digər mərkəzi icra hakimiyyəti orqanının rəhbəri vəzifəsini itirəcək. Mənbənin sölərinə görə, artıq bir çox nazirlər kreslolarını qorumaq üçün “dəridən-qabıqdan” çıxır, hakimiyyətdə daha çox güclənən paşayevlər klanına yaxınlaşmağa çalışır. Ancaq bu dəfə kadr dəyişikliyinin çox ciddi və qaçılmaz olacağı gözlənilir.

Məlumada qeyd edilir ki, vəifəsini itirəcəyi yəqinləşmiş kadrlardan biri də fövqəladə hallar naziri Kəmaləddin Heydərovdur.

Yada salaq ki, K.Heydərovun “vurulması” prosesinin xeyli müddət əvvəldən başladığı barədə mediada kifayət qədər məlumalar var.

“Fövqəlnazir”ə məxsus böyük şirkətlərin əlindən alınması, strateji qurumlardan olan Dövlət Gömrük Komitəsinin (DGK) onun nəzarətindən çıxarılması da ictimaiyyətə məlum məqamlarandır.
Xüsusən də, Kəmaləddin Heydərovun DGK-dakı əsas adamı – “qara kassası” general Vüsal Novruzovun “fövqəladə səlahiyyət”lərinin əlindən alınması barədə məlumatlar onu “qoruyan əl”in kifayət qədər zəiflədilməsindən xəbər verir.

Bundan başqa, Kəmaləddin Heydərovun səhhətində ciddi problmlər olduğu barədə də xəbərlər yayılıb. Artıq hakimiyyət kluarlarında K.Heydərovun nazir postunu itirəcəyinin dəqiqləşdiyi iddia olunur.

Az24.org saytının əldə etdiyi digər məlumatda isə bildirilir ki, fövqəladə hallar naziri Kəmaləddin Heydərov artıq uzun müddətdir ki, bir zamanlar biznes fəaliyyətinə başladığı Özbəkistanda yenidən söz sahibi olmaq üçün yarışa başlayıb. Məlumat üçün bildirək ki, cənab Heydərovun Azərbaycanda vəzifədə olduğu bütün illərdə Özbəkistanın tikinti sektorunda böyük yeri olub. Məlumata görə, hətta İslam Kərimovun devrilməsindən sonra da bu ölkədə təşkil edilən tikinti tenderlerinin xeyir-duası Heydərov tərəfindən verilir.

Onu da qeyd edək ki, Kəmaləddin Heydərovun gözlənilən “vurulma”dan sonra Özbəkistana dönəcəyi də əldə etdiyimiz məlumatlar sırasındadır.
Az24.org

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: