Now Reading:
Jurnalistin döyülməsinin əsl səbəbi açıqlandı VİDEO
Full Article 3 minutes read

Jurnalistin döyülməsinin əsl səbəbi açıqlandı VİDEO



İstintaq Şöbəsinin rəisi oğruları müdafiə edirmi?

 

Aprelin 9-da Cəlilabadda “Regionsəs” qəzetinin redaktoru, hüquq müdafiəçisi kimi fəaliyyət göstərən Asif Həsənlinin döyülməsi ilə bağlı müraciət yayılıb. Əməkdaşımız xəstəxanada Asif Həsənli ilə görüşüb. Vəziyyəti ağır olduğundan həkimlər çox danışmağa icazə vermir. Amma qısa söhbət zamanı  müraciətdə yazılanları təsdiq edib.Həmcinin, Asif Həsənli məsələ ilə bağlı Daxili İşlər Naziri Ramil Usubova ərizə ilə müraciət etdiyini də deyib.

 

Media və hüquq mühafizə orqanlarına ünvanlanan müraciətdə deyilir: “09 aprel 2017-ci il tarixdə saat 14-15 radələrində Cəlilabadda fəaliyyət göstərən  “Təbriz” bazarının sahibi  Rizvan Bayramov hüquq müdafiəçisi,  jurnalist Asif Həsənəliyə zəng edərək “ Kral” istirahət mərkəzinə gəlməyi xaiş edib. Asif Həsənəli Rizvan Bayramovun xahişini yerə salmayıb ora yollanıb. “Kral”a çatanda 15 nəfərə yaxın şəxsin  yeyib-içmək  məclisinin şahidi olub.  Asif Həsənli orada Cəlilabad RPŞ istintaq bölməsinin rəisi Eldar Məmmədovun, sahə müvəkkili polis mayoru Fuad Əliyevin, polis kapitanı Altay Cavadovun,Xaqani Əzizovun, Teymur Zeynalovun və başqalarının olduğunu görüb. Rizvan Bayramov Asif Həsənliyə deyib ki, Əzizov Rövşən Abıəli oğlunun dükanının qarət edilməsi məsələsinini qapatsın,Asif Həsənli Eldar Məmmədova deyəndə ki, bəs niyə oğruları tutmursan? Cavabında Eldar Məmmədov “mən Rizvandan xahiş etmişəm bu məsələni o həll eləsin,səndən yox”. Bu zaman onların arasında mübahisə yaranıb,  Asif Həsənli Eldar Məmmədovla əlbəyaxa olub, bir-birilərinə “ var-yox” söyüşü söyüblər. Əvvəlcə Eldar Məmmədov Asif Həsənlinin başına butulka ilə vurub, daha sonra isə Rizvan Məmmədov onu vurub. Asif Həsənlinin başı partlayıb,təcili yardım maşını ilə Cəlilabad rayon mərkəzin xəstəxanasına çatdırılıb.7 yerdən tikiş atılıb, çoxlu qan itirdiyindən və vəziyyəti getdikcə ağırlaşdığına görə  Bakıya aparılıb.Hazırda Bakı xəstəxanalarının birində yerləşdirilib.

 

[youtube www.youtube.com/watch?v=EwmAsO0AqTw?feature=oembed&w=500&h=281%5D

Cəlilabad rayon prokroru TarıyelƏləkbərov istintaq bölməsinin rəisi Eldar Məmmədovla isti münasibətdədir. Prokror T.Ələkbərov isə bazarkom Rizvan Bayramovun evində qalır, Rizvan Bayramovun bütün işki məclislərində isə Eldar Məmmədov və onun qohumu Rizvan Məmmədov həmişə başda oturur. Asif Həsənli isə vətəndaşlara hüquqi yardım göstərməklə Eldar Məmmədovun qanunsuz hərəkətlərinin qarşısını alan və Eldar Məmmədovun cinayətləri ört-basdır etməsinə mane olan şəxs olduğuna görə, belə qənaətə gəlmək olar ki, bazarkom Rizvan Bayramov, prokror Tariel Ələkbərov,istintaqın rəisi Eldar Məmmədov və Rizvan Məmmədov Asif Həsənli üçün tələ qurublar və onu “Kral” istirahət mərkəzinə çağırıb baş nahiyyəsinə ağır xəsarətlər yetiriblər və bununla da onu susdurmağa çalışıblar”.

Asif Həsənlinin qardaşı Məhəmməd Həsənov Azadliq.info-ya bildirib ki,  Asif Həsənli əvvəlcə “Nevro- Cərrahiyyə” xəstəxanasına yerləşdirilib. Amma kimlərinsə göstərişi ilə onu xəstəxanaya qəbul etməyiblər (xatırladaq ki, həmin xəstəxananın aparıcı həkimlərindən biri cəlilabadlıdır). Məhəmməd Həsənov məsələnin ört-basdır edilməsi üçün həm minnətçilərin salınmasını, həm də təzyiqlərin də olduğunu bildirib.

Məsələ ilə bağlı Cəlilabad rayon Polis Şöbəsindən münasibət öyrənərkən şöbənin rəis müavini Eldar Səfərov münaqişə zamanı polis əməkdaşlarının, xüsusən də Eldar Məmmədovun,  hadisə yerində olmadığını bildirmişdi. Müraciətdə adı çəkilən rayon prokuroru ilə əlaqə saxlamaq cəhdimiz alınmadı.

 

 

azadliq.info

24saat.org

Mənbə – azadliq.info

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: