Now Reading:
İyunda 6 gün iş olmayacaq
Full Article 1 minutes read

Bu il iyun ayında Ramazan və Milli Qurtuluş Günü ilə əlaqədar 5 gün ölkədə qeyri-iş günü olacaq.



Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri Akif Əli bildirib ki, iyunun 15-də ölkədə Milli Qurtuluş Günü, iyunun 15 və 16-sında isə Ramazan bayramı qeyd ediləcək.

Lakin Milli Qurtuluş Günü və Ramazan bayramının üst-üstə düşməsi, eləcə də bayram günlərindən birinin, yəni iyunun 16-sının həftələrarası istirahət gününə (şənbə gününə) düşməsi ilə əlaqədar ölkədəki qeyri-iş günlərinin tarixlərində dəyişiklik edilib.

Əmək Məcəlləsinin 105-ci maddəsinin 5-ci və 6-cı hissələrinə və Nazirlər Kabinetinin qərarına əsasən, 2018-ci ildə həftələrarası istirahət günlərinin iş günləri hesab olunmayan bayram günləri və Ramazan bayramının bir gününün Milli Qurtuluş Günü ilə üst-üstə düşməsi ilə əlaqədar olaraq, 18,19 iyun tarixləri istirahət günləri sayılacaq.

Beləliklə, bazar günü də nəzərə alınarsa, iyunun 15,16, 17, 18 və 19-u ölkədə qeyri-iş günü, iyunun 20-si iş günü olacaq.

Qeyd edək ki, iyunun 26-da Silahlı Qüvvələr Günü kimi qeyd edildiyindən həmin gün də iş günü hesab edilməyəcək.

Trend

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: