Now Reading:
İtaliya G7-nin xüsusi geniş tərkibli iclasını çağırır
Full Article 30 second read

İtaliya G7-nin xüsusi geniş tərkibli iclasını çağırır



İtaliyanın xarici işlər naziri Ancelino Alfano Türkiyə, BƏƏ, Səudiyyə Ərəbistanı, İordaniya və Qətərin xarici işlər nazirlərinin iştirakı ilə “Yeddilər qrupu”nun Suriya məsələsi üzrə nazirlər səviyyəsində geniş tərkibli görüşünü çağırıb.

“Report” TASS-a istinadən xəbər verir ki, iclas sabah səhər keçiriləcək.

İclasda “yeddilik” ölkələrinin (ABŞ, Kanada, Yaponiya, Almaniya, Böyük Britaniya, Fransa, İtaliya) XİN başçılarından savayı, Yaxın Şərq ölkələrinin nazirləri də iştirak edəcək.

G7-nin iclası Lukka şəhərində keçiriləcək və Suriya nizamlanması mövzusunun iclasın ən aktual məsələsi olacağı gözlənilir.

İclasla əlaqədar İtaliya hökuməti Toskana vilayətinin şimalında xüsusi təhlükəsizlik tədbirləri həyata keçirib.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: