Now Reading:
İsrail və ABŞ kosmosdakı raketləri ələ keçirəcək
Full Article 30 second read


İsrail və ABŞ gecə saatlarında böyük fəaliyyət radiusuna malik və ballistik raketləri kosmosda ələ keçirməyə qadir “Ox-3” raket əleyhinə kompleksləri uğurla sınaqdan keçirib.

Bu barədə İsrailin Müdafiə Nazirliyi məlumat yayıb.

“Bu gün 02:30 radələrində İsrail Müdafiə Nazirliyi ABŞ Müdafiə Nazirliyi ilə birgə atmosfer üzərində ballistik raketlərin ələ keçirilməsini nəzərdə tutan “Ox-3” raket əleyhinə kompleksini uğurla sınaqdan keçirib”, – deyə Nazirlik öz “Twitter” səhifəsində yazıb.

Sınaqlar İsrailin mərkəzi hissəsində “Israel Aerospace Industries” konserni və İsrail Hərbi Hava Qüvvələrinin nəzarəti altında keçirilib.

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.