Now Reading:
İspaniya XİN başçısı Davosda müzakirələr zamanı huşunu itirib – VİDEO
Full Article 40 second read


İspaniyanın xarici işlər və əməkdaşlıq naziri Alfonso Dastis Kesedo İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumu (DİF) çərçivəsində baş tutan müzakirələr zamanı huşunu itirib.

Bu barədə “Report” TASS-a istinadən xəbər verir.

XİN başçısı DİF-də İspaniya Kralı VI Filippi müşayiət edir. Hadisə dünən – sosial birlik üzrə kollokvium zamanı baş verib. İspaniya kralı və müzakirələrdə iştirak edən digər iştirakçılar 62 yaşlı nazirə yardım etmək üçün yerlərindən qalxıblar. Kesedonun qalstukunu çıxarıblar və köynəyinin yaxasını açıblar.

Həkim gəldikdən sonra naziri tibb məntəqəsinə aparıblar.

Diplomatın vəziyyəti tezliklə yaxşılaşsa da, o, sonrakı bəzi görüşlərdə monarxı müşayiət edə bilməyib.

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.