Now Reading:
“İşıq pulu artımını o ailələr hiss edəcək ki…”
Full Article 1 minutes read

“İşıq pulu artımını o ailələr hiss edəcək ki…”

 
24SAAT.org
Facebook Qrupu · 1.976 üzv
Qrupa üzv ol
Qrupumuza üzv olun və ən son paylaşımlardan dərhal xəbər tutun!
 

“Biz 4 nəfərlik ailəyik. Evin qızdırılmasında elektrikdən istifadə etmirik: elektrik enerjisinin aylıq orta serfiyyati 200-210 kVt\saat ətrafındadır (məbləğlə 12-12.6 AZN). Enerjinin 1 qəpik bahalaşması ilə bizim ailənin elektrik enerjisi üzrə orta aylıq xərcləri bundan sonra 14-14.7 AZN təşkil etməlidir, yəni 2-2.1 AZN əlavə xərc maddəsi gələcək ailə büdcəsinə”.

24saat.org-un məlumatına görə, bu fikirləri Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban paylaşıb. Ekspertin fikrincə, elektrik enerjisinin xərcindəki artımı ən çox o ailələr hiss edəcəklər ki, onlar mənzillərinin qızdırılmasında birbaşa elektrikdən istifadə edirlər: “Yəni evlərin mərkəzləşdirilmiş isitmə sistemi yoxdur və ya binalara qaz verilməyib. Bölgələrdə bu vəziyyət xüsusilə mürəkkəbdir. Mən öz praktikamdan misal gətirə bilərəm: yeni tikilidə yaşayarkən 3 il qazsız keçinməli olduq. Onda qış aylarında qaz sərfiyyatı iqlimdən asılı olaraq 2200-2500 arasında dəyişirdi (130-150 AZN). İndi təsəvvür edin, sadəcə ayda 100 AZN işıqpulu verən insanlar bu qış aylarında 16,6 AZN daha çox vəsait ödəməli olacaqlar”. Qeyd edək ki. iyulun 14-də Azərbaycan Tarif (qiymət) Şurasının qərarı ilə bir kilovat-saat elektrik enerjisinin topdansatış tarifi 4,3 qəpik, pərakəndə satış tarifi isə 7 qəpik müəyyən edilib. Yeni tariflər 2016-cı il 15 iyul tarixindən qüvvəyə minib.

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
Input your search keywords and press Enter.