Now Reading:
İŞİD Homsda iki qaz yatağını ələ keçirdi
Full Article 40 second read

İŞİD Homsda iki qaz yatağını ələ keçirdi



İŞİD terror qruplaşmasının yaraqlıları Suriyanın şərqində yerləşən Homs əyalətində təhlükəli əks-hücum həyata keçirib.

“Report” xəbər verir ki, nəticədə “Şaer” və “Mahr” qaz yataqları İŞİD-in nəzarətinə keçib.

Livanın “As-Safir” qəzetinin yazdığına görə, hökumət qüvvələri qonşu Cezal yatağında terrorçularla şiddətli döyüş aparır və hərbi aerodromdan 10 km məsafədə yerləşən hərbi kazarmalara nəzarəti ələ almağa çalışır.

Qəzetin yazdığına görə, yaraqlılar aviabazaya gedən yolda qurulmuş iki nəzarət-buraxılış məntəqəsini ələ keçirib və kazarmaya hücum edib. Qeyri-rəsmi informasiyalara görə, terrorçular hətta bu ərazidə Suriya HHQ-yə məxsus vertolyot da vurub.

“As-Safir” qeyd edib ki, yaraqlılar həmçinin Havatima yaşayış məntəqəsinə soxulub yenidən qədim Palmira şəhərini ələ keçirməklə bağlı hədə-qorxu gəlmək istəyir.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: