Now Reading:
İranla Azərbaycanın dəmir yolları birləşdiriləcək
Full Article 50 second read


25 dekabr 2017-ci il tarixinədək Astara (İran)- Astara (Azərbaycan) dəmiryolunun istifadəyə verilməsi planlaşdırılır. Bu barədə İran Dövlət Dəmir Yolları İdarəsinin rəsmisiAbbas Nəzəri məlumat verib.

“İranın və Azərbaycanlın eyni adlı Astara şəhərlərini birləşdirəcək Astara-Astara dəmir yolu 25 dekabr 2017-ci il tarixi üçün istifadəyə veriləcək”, – deyə İran.ru saytı Abbas Nəzərinin sözlərindən sitat gətirib.

O bildirib ki, İran və Azərbaycan arasında gömrük prosedurları və vizaların verilməsi, İranın Astara şəhərində yük terminalının istifadəsi ilə bağlı məsələlər artıq müzakirə olunub.

Astara-Astara dəmir yolu İranın dəmir yollarını Azərbaycanın dəmir yolu sistemi ilə birləşdirən “Şimal-Cənub” layihəsinin bir hissəsidir. Yolun uzunluğu 10 km təşkil edir. Bunun 8 km-i Astara şəhərindən İranla sərhədin, 2 km-i sərhəddən İranın Astara şəhərinin payına düşür.

O cümlədən, layihəyə sərhəd boyu axan Astaraçay üzərində körpünün tikintisi daxildir.

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.