Now Reading:
İranda İslam qaydalarına uyğun geyinməyən qadınlar həbs edilməyəcək
Full Article 40 second read


İranda İslam qaydalarına uyğun geyinməyən qadınlar artıq həbs edilməyəcək.

APA-nın “Amerikanın səsi”nə istinadən verdiyi xəbərə görə, bu barədə Tehranın polis rəisi general Hüseyn Rahim deyib. O bildirib ki, qaydalara uyğun geyinməyən qadınlar məcburi kursdan keçiriləcək: “Həmin qadınlar təcridxanaya aparılmayacaq, barələrində iş qaldırılmayacaq”.

İranın “Tasnim” xəbər agentliyinin yaydığı xəbərə görə isə məcburi kurslara cəlb edilən qadınlar bundan sonra da islami qaydada yaxşı örtünməsələr, cəzalandırılacaqlar.

Qeyd edək ki, İranda qadınlara qarşı geyim qadağası 1979-cu il inqilabından sonra tətbiq olunur.

Tehranın yol polisi 2015-ci ildə şəxsi maşınlarında baş örtükləri çiyinlərinə düşən 40 min qadın sürücünü saxlayıb.

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.