Now Reading:
İranda “DQR” idmançılarının yarışa qatılmasına – Səfirdən açıqlama
Full Article 50 second read

İranda “DQR” idmançılarının yarışa qatılmasına – Səfirdən açıqlama

İranda yaşayan ermənilərin idman olimpiadasının keçirilməsi və qondarma “Dağlıq Qarabağ Respublikası” nümayəndələrinin bu yarışlarda iştirak etməsi barədə yayılan xəbərlərə İranın Azərbaycandakı səfirliyi reaksiya verib.


Səfirliyin mətbuat xidmətindən  daxil olan xəbərə görə, səfir Möhsün Pakayin bildirib ki, İranda yaşayan ermənilərin idman olimpiadasının keçirilməsi daxili tədbirdir və dini azlıqlara hörmət əlaməti olaraq keçirilir:
“Yarışların təşkilat komitəsi Gürcüstan və Ermənistanı qonaq olaraq bu yarışlarda iştirak etmək üçün dəvət edib. Bunlardan başqa heç bir ölkə və ya region yarışlarda iştirak etməyib. Hər hansı bir iştirakçı ölkənin idman geyimində başqa bir tərəfin gerbindən və ya simvolundan istifadə edilməsi təşkilat komitəsi ilə razılaşdırılmadan həyata keçirilib. Aydındır ki, İran İslam Respublikası idmanın siyasi məqsədlər üçün istifadəsini məqbul saymır və ölkəmizin Qarabağ münaqişəsi barədə siyasəti dəyişməyib. İranın məsul şəxsləri də məhz İranda yaşayan dini azlıqlara hörmət əlaməti olaraq bu tədbirdə iştirak ediblər”.

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.