Now Reading:
İran prezidenti də Türkiyəyə gəldi
Full Article 40 second read


İran prezidenti Həsən Ruhani bu gün Suriya mövzusunda keçiriləcək üçlü zirvə toplantısına qatılmaq üçün dünən axşam saatlarında Ankaraya gəlib.

İran prezidentini Ankara Esenboğa Hava lımanında Milli Müdafiə naziri Nurəddin Canıklı rəsmi mərasimlə qarşılayıb.

Suriya üçlü zirvəsində bu gün bir araya gələcək prezidentlər Rəcəb Tayyib Ərdoğan, Vladimir Putin və Həsən Ruhaninin Suriya məsələsinin siyasi həll yollarını müzakirə edəcəkləri deyilir.

Zirvə toplantısının əsas müzakirə mövzusu Suriyadakı son vəziyyət, Suriyanın ərazi bütövlüyü, siyasi həll üçün atılacaq addımlar və terrorla mübarizə olacağı deyilir.

Bu gün Ərdoğanın İran prezidenti Həsən Ruhani ilə ikitərəfli görüşü də nəzərdə tutulub. Görüşdə ikitərəfli münasibətlər, həmçinin regional məsələlər müzakirə olunacağı gözlənilir.

Rusiya prezidenti Vladimir Putin dünən Türkiyə-Rusiya Üst Səviyyə Əməkdaşlıq Şurasının yeddinci iclasında və Akkuyu Atom Elektrik Stansiyasının təməlqoyma mərasimində iştirak edib.

 

bastainfo.com

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: