Now Reading:
İran etirazlarından kim güclü çıxdı
Full Article 50 second read


İranda antihökumət etirazları səngisə də, iqtisadi problemlərdən dolayı qəzəb qalmaqdadır. Onlarla şəhərdə etirazlar göstərdi ki, ictimaiyyətin bir sektoru ölkədəki ruhani sisteminin getməsini açıq tələb etməyə hazırdır. Bu kəsim təkcə iqtisadiyyatdan deyil, İranın xarici müharibələrdə iştirakından və ümumi istiqamətindən də məyusdur. Bunu “The Associated Press” agentliyi yazır.

“Bu hiss təkcə küçələrə çıxanlarda deyil. Axı bu dəfə etirazçılar narazılığı məhdud şəkildə ifadə etdilər. Təqib qorxusu bəzilərinin etirazlara qatılmasını önlədi… İnsanların həyat tərzi dəyişmədikcə, iqtisadiyyatla bağlı itaətsizlik daha da güclənəcək. Görünür, İslam Respublikasına ən böyük problemi bu yaradacaq”, – təhlildə vurğulanır.

ROUHANİ SUBSİDİYALARI KƏSDİ VƏ…

Əmanətçilərə gəlirlər vəd edən Caspian Credit İnstitutunun ötənilki iflası İranda çoxunu iqtisadi çətinliklə qarşı-qarşıya gətirdi. Təqaüdlə dolana bilməyən pensiyaçılar Tehran küçələrində taksi sürür. Universitet məzunlarının öz ixtisası üzrə iş tapmaq ümidləri çox azdır, bəzilərisə dolanmaqdan ötrü ikinci, hətta üçüncü işə də gedir.

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.