Now Reading:
İqtisadiyyat və əhali hələ də zərbə almaqda davam edir
Full Article 50 second read

İqtisadiyyat və əhali hələ də zərbə almaqda davam edir



Manatla pul bazası cari ilin birinci rübündə 583 milyon manat və ya 7,4% azalıb. Ölçüsü 2014-cü ilin sonunda 11,5 milyard manat olan pul bazası bu il aprelin 1-nə qədər ötən dövrdə 36,5% azalaraq 7,3 milyard manta düşüb.

Odur ki, iqtisadiyyatın pulla təminat səviyyəsi təsirli dərəcədə pisləşib. Belə bir şəraitdə kreditləşmə prosesinin durdurulması, nəinki durdurulması, hətta dövriyyədə olan kredit resurslarının da geri çəkilməsi bu istiqamətdə fəallaşmış problemlərin miqayasını daha da böyüdüb.

Mərkəzi Bankın açıqladığı məlumatların müqayisəli təhlili göstərir ki, cari ilin fevral ayında – bir ayda ev təsərrüfatlarına verilmiş kreditlər 285 milyon manat azalıb. Kredit qoyuluşu nəqliyyat və rabitə sektorunda 127 milyon manat, ticarət və xidmət sektorunda 119 milyon manat, inşaat və əmlak sektorunda 78 milyon manat, sənaye və istehsal sektorunda 44 milyon manat, energetika və təbii ehtiyatlar sektorunda isə 40 milyon manat azalıb.

 

Yazı iqtisadçı-ekspert Nemət Əliyevin feysbuk səhifəsindən götürülüb.

24saat.org

Mənbə – azadliq.info

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.