Now Reading:
İnvestisiyaya yönələn bank kreditləri 24 faiz azalıb
Full Article 40 second read

İnvestisiyaya yönələn bank kreditləri 24 faiz azalıb



Azərbaycan iqtisadiyyatına sərmayə qoyuluşunda bank kreditlərinin xüsusi çəkisi ötən ilin eyni dövrü ilə müqayisədə 1,5 faiz bəndi azalıb.

Dövlət Statistika Komitəsi (DSK) xəbər verir ki, bu ilin yanvar ayında bütün maliyyə mənbələrindən əsas kapitala yönəldilmiş vəsaitin 6,7%-ni və yaxud 63,9 mln. manatını bank kreditləri təşkil edib. İnvestisiyaya yönəldilmiş bank kreditlərinin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 23,7% azalıb.

Qeyd edək ki, 2018-ci ilin yanvarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 960,3 mln. manat və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 5,5% az vəsait yönəldilib.

24saat.org

Mənbə – azadliq.info

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.