Now Reading:
İmtahan nəticələri nə vaxt açıqlanacaq?
Full Article 2 minutes read

İmtahan nəticələri nə vaxt açıqlanacaq?

 
24SAAT.org
Facebook Qrupu · 1.976 üzv
Qrupa üzv ol
Qrupumuza üzv olun və ən son paylaşımlardan dərhal xəbər tutun!
 

Ali təhsil müəssisələrinin magistraturalarına və rezidenturaya qəbul imtahanının birinci mərhələsinin nəticələri yaxın 3 gün ərzində elan ediləcək.
Bu barədə Publika.az-a Dövlət İmtahan Mərkəzinin mətbuatla iş və elektron kommunikasiya sektorunun müdiri Xanlar Xanlarzadə məlumat verib.

O bildirib ki, bu gündən imtahan protokollarının və cavab kartlarının emalına başlanılır: “Bu proses başa çatandan sonra imtahanın nəticələri elan ediləcək. Həmçinin imtahan prosesində yaşanmış neqativ hallar, iştirak etməyənlər barədə dəqiq məlumat verə biləcəyik”.
X.Xanlarzadə onu da vurğulayıb ki, bu gündən tədris ili üçün ali təhsil müəssisələrinin magistraturalarına və rezidenturaya qəbul imtahanının birinci mərhələsi ilə əlaqədar namizədlərin müraciətlərinə baxılması üçün Dövlət İmtahan Mərkəzində Apelyasiya Komissiyası yaradılıb. Apelyasiya Komissiyası Bakı Asiya Universitetinin binasında (ünvan: Bakı şəhəri, A. Salamzadə küçəsi, 28) fəaliyyət göstərir. Namizədlər Apelyasiya Komissiyasına 10-12 aprel 2017-ci il tarixlərində saat 10:00-dan 17:00-dək şəxsiyyəti təsdiq edən sənədin əslini və surətini təqdim etməklə şəxsən müraciət edə bilərlər.
Qeyd edək ki, magistraturaya qəbul imtahanı respublikanın 5 şəhərində – Bakı, Naxçıvan, Gəncə, Mingəçevir və Lənkəran şəhərlərində, ümumilikdə 39 imtahan mərkəzində aparılıb. İmtahanda iştirak etmək üçün 13081 bakalavr sənəd verib. İmtahan bütün binalarda eyni vaxtda – saat 13:00-da başlanaraq 15:30-da başa çatıb.
Rezidenturaya qəbul imtahanı Bakı şəhərində 2 binada – Azərbaycan Tibb Universitetinin I və V tədris binaları, eləcə də Naxçıvan şəhərində 1 binada – 14 nömrəli tam orta məktəbdə keçirilib və hər 3 binada eyni vaxtda – saat 13:00-da başlanaraq 15:30-da başa çatıb. İmtahanda iştirak etmək üçün 1077 bakalavr sənəd verib.

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
Input your search keywords and press Enter.