Now Reading:
İlham Əliyev yeni qurum yaratdı – Maliyyə Sabitliyi Şurası
Full Article 50 second read

İlham Əliyev yeni qurum yaratdı – Maliyyə Sabitliyi Şurası

 
24SAAT.org
Facebook Qrupu · 1.976 üzv
Qrupa üzv ol
Qrupumuza üzv olun və ən son paylaşımlardan dərhal xəbər tutun!
 

Azərbaycanda Maliyyə Sabitliyi Şurası yaradılıb. Bu barədə iyulun 15-də ölkə başçısı İlham Əliyev fərman imzalayıb.

Fərmanda qeyd olunur ki, yeni şura ölkənin makroiqtisadi sabitliyinin daha da möhkəmləndirilməsi və maliyyə dayanıqlılığının təmin edilməsi, bu sahədə koordinasiya olunmuş siyasətin həyata keçirilməsi, habelə səmərəli tənzimləmə və hüquqtətbiqetmə praktikasına nail olunması, makroiqtisadi və maliyyə sabitliyinin təmin edilməsi məqsədilə yaradılır.

Maliyyə Sabitliyi Şurasının sədri baş nazir Artur Rasizadədir. Şuraya aşağıdakı vəzifəlilər daxil edilib.

Natiq Əmirov – prezidentin iqtisadi islahatlar üzrə köməkçisi

Samir Şərifov – maliyyə naziri

Şahin Mustafayev – iqtisadiyyat naziri

Elman Rüstəmov – Mərkəzi Bankının sədri

Rüfət Aslanlı – Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının sədri

Şahmar Mövsümov – Dövlət Neft Fondunun icraçı direktoru.

Fərmanda bildirilir ki, Şuranın cari fəaliyyətinin təşkili məqsədilə Şuranın Katibliyi yaradılır və Katibliyin funksiyasının həyata keçirilməsi Mərkəzi Bankına tövsiyə edilir.

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
Input your search keywords and press Enter.