Now Reading:
İlham Əliyev yanğın baş verən əraziyə getdi
Full Article 40 second read


Prezident İlham Əliyev bu gün səhər Xətai rayonunda yanğın baş vermiş əraziyə gəlib. Dövlət başçısı Respublika Narkoloji Mərkəzində baş vermiş yanğın haqqında məlumat alıb, vəziyyətlə maraqlanıb.

Qeyd edək ki, hadisə yerinə Fövqəladə hallar naziri Kəmaləddin Heydərov, daxili işlər naziri Ramil Usubov, baş nazirin müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri Əli Həsənov, baş prokurorun birinci müavini Rüstəm Usubov, Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov, Xətai rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov da gedib, hadisə yerinə baxış keçiriblər.

Bu gün Bakı şəhəri, Xətai rayonu, Zığ şossesi 13 ünvanında yerləşən Respublika Narkoloji Dispanserində yanğın baş verib. Yanğın səhər saatlarında söndürülüb.
Hadisə nəticəsində xeyli sayda ölən və xəsarət alan var.

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.