Now Reading:
İlham Əliyev siyasi süstlüyün kölgəsi altında seçkiyə gedir
Full Article 3 minutes read

Bu gün prezident seçkiləri ilə bağlı təbliğat-təşviqat dövrünün son günüdür.



Seçki Məcəlləsinin tələbinə əsasən, sabahdan seçkiqabağı təşviqat başa çatır.  Aprelin 11-ə təyin edilmiş növbədənkənar seçkilər üçün ən kritik dönəm başlayıb. Çünki ölkə üçün xüsusi əhəmiyyətə malik bir hadisə – növbədənkənar prezident seçkiləri ilk baxışda normal gedişatda görünsə də, seçkiyə marağın olmaması da aşkar hiss edilir. Xüsusilə də, əsas müxalif qüvvələrin seçkini boykot qərarı prosesin çox aşağı aktivliklə müşahidə olunacağını deməyə əsas verir. Bu isə seçkikdə seçici aktivliyinin çox aşağı olacağını deməyə əsas verir. Elə İlham Əliyevi yenidən prezident görmək istəyənləri narahat edən əsas məqam da budur. Ona görə də, məktəblər, səhiyyə müəssisələri və büdcədən maliyyələşən bütün təşkilatlarda çalışanlara mütləq şəkildə seçkidə iştirak etmək tapşırığı verilib.

Yada salaq ki, ötən ay Rusiyada keçirilən preziden seçkilərində də əsas problem kimi seçici aktivliyinin zəif olması proqnozlaşdırılrdı. Bu səbəbdən Rusiya hakim dairələri dövlət işində çalışanlara seçkidə iştirakla bağlı xüsusi tapşırıq vermişdi. Rusiya KİV-ində yayılan məlumalarda qeyd edilirdi ki, hətta bu tapşırığın yerinə yetirilib-yetirilməməsinə nəzarət üçün “jeton sistemi”ndən istifadə edilmişdi. Belə ki, səsverməyə gələn şəxslərə xüsusi jeon verilirdirdi ki, həmin jetonu işlədiyi müəssisənin rəhbərliyinə təqdim edərək, səsvermədə iştirakını sübut edə bilsin. Jeton təqdim edə bilməyən çalışanları isə gələcəkdə yaxşı aqibət gözləmədiyi barədə əvvəlcədən xəbərdarlıq edilib.

24 saat.org xəbər verir ki, Az24.org-a məlumat verən seçki komissiyalarından birinin üzvü bildirib ki, bu prezident seçkilərindəki “rəvanlıq” hətta bələdiyyə seçkilərinin aktivliyindən də azdır. Bu səbəbdən də icra hakimiyyətlərində xüsusi iclas keçirilib və büdcə təşkillatlarında çalışan işçilərin seçkidə iştirakının təmin olunması rəhbərlərin qarşısında vəzifə kimi qoyulub. Onlar isə öz növbələrində, tabeliyindəki şəxslərə səsvermədə iştirakın məcburiliyi barədə tapşırıq veriblər. Tapşırığa əməl etməyən şəxslərin isə müxtəlif formalarda, hətta işdən çıxarılmaqla üzləşəcəyi diqqətə çatdırılıb.

Az24.org saytının əldə etdiyi məlumata görə, 11 apreldə keçiriləcək seçkilərdə hakimiyyət taktiki dəyişiklik edib. Belə ki, bu günədək keçiriləcək səsvermələrdə hakimiyyətə aktivliyin aşağı olması sərf edirdisə, bu seçkilərdə vəziyyət 180 dərəcə dəyişib. İlham Əliyevi prezident etməyi düşünən kəsim seçkilərdə nəyin bahasına olur-olsun aktivliyin yüksək olması üçün çalışsa da, ölkədə seçki mühitinin olmaması, vətəndaşların seçkiyə marağının çox az olması deməyə əsas verir ki, hazırda YAP hakimiyyəti seçki üçün qarşısına qoyduğu ilk və ümdə məqsədə çata bilməyib. Bu isə rəqabətsiz şəraitdə belə, İlham Əliyevin rahat legitimlik əldə edə biləcəyini şübhə altına salır.

Qeyd edək ki, Mərkəzi Seçki Komissiyası (MSK) Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən namizədliyi irəli sürülmüş İlham Əliyev, öz təşəbbüsü ilə namizədliyi irəli sürülmüş Zahid Oruc, Azərbaycan Sosial Demokrat Partiyası tərəfindən namizədliyi irəli sürülmüş Araz Əlizadə, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası tərəfindən namizədliyi irəli sürülmüş Qüdrət Həsənquliyev, Milli Dirçəliş Hərəkatı Partiyası tərəfindən namizədliyi irəli sürülmüş Fərəc Quliyev, Müasir Müsavat Partiyası tərəfindən namizədliyi irəli sürülmüş Hafiz Hacıyev, “Cəbhəçilərin təşəbbüs qrupu” adlı təşəbbüs qrupu tərəfindən namizədliyi irəli sürülmüş Razi Nurullayev və Azərbaycan Demokrat Partiyası tərəfindən namizədliyi irəli sürülən Sərdar Cəlaloğlunun prezidentliyə namizədliyini qeydə alıb.

Az24.org

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: