Now Reading:
İlham Əliyev icra başçılarına yeni tapşırıq verdi
Full Article 40 second read

İlham Əliyev icra başçılarına yeni tapşırıq verdi

 
24SAAT.org
Facebook Qrupu · 1.976 üzv
Qrupa üzv ol
Qrupumuza üzv olun və ən son paylaşımlardan dərhal xəbər tutun!
 

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə fərman imzalayıb.

24saat.org AzərTAc-a istinadən xəbər verir ki, fərmana əsasən “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 3.5.2-ci yarımbəndinin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilir və aşağıdakı məzmunda 3.5.2-1-ci yarımbənd əlavə edilir:

“3.5.2-1. müvafiq ərazidə fəaliyyət göstərən malların istehsalçıları və onların istehsal etdikləri mallar barədə məlumatların Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 21 sentyabr tarixli 2349 nömrəli sərəncamı ilə yaradılmış internet portalında yerləşdirilməsinin təmin edilməsi istiqamətində təşviqedici tədbirlər həyata keçirir və yenilənərək aktual saxlanmasına nəzarət edir;”.

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
Input your search keywords and press Enter.