Now Reading:
İlham Əliyev Hafiz Hacıyev qədər səs topladı – SƏSVERMƏDƏ
Full Article 2 minutes read


Yeni Azərbaycan partiyasının namizədi İlham Əliyev virtual səsvermədə bu posta digər iddialı şəxs – Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevlə bərabər səs toplayıb.

24saat.org xəbər verir ki, virtual səsverməni “Facebook”da “24 saat” səhifəsi keçirib. 7 gün davam edən səsvermədə anketi görən 2 min nəfərdən 82-i (2.1 faiz) aktivlik nümayiş etdirib. Onlardan 41 nəfəri hazırkı prezident İlham Əliyevə, 41 nəfəri isə MMP sədri İlham Əliyevə səs verib.

Qeyd edək ki, Azərbaycanda aprelin 11-də növbədənkənar prezident seçkiləri keçiriləcək. İndiyədək 13 nəfər namizədliyini irəli sürüb. MSK onlardan 7 nəfərinin namizədliyinin irəli sürülməsinin təsdiq edilməsi məsələsinə baxaraq müsbət qərar qəbul edib.

Bu siyahıda YAP-dan İlham Əliyev, Müasir Müsavat Partiyasıdan Hafiz Hacıyev, Liberal Demokratik Partiyasından Fuad Əliyev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Pariyasından (BAXCP) Qüdrət Həsənquliyev, Milli Dirçəliş Hərəkatı Partiyasından (MDHP) Fərəc Quliyev, Yeni Azərbaycan Xalq Cəbhəsindən (YAXCP), namizədliyi “Cəbhəçilərin təşəbbüs qrupu” tərəfindən irəli sürülmüş Razi Nurullayev, Azərbaycan Sosial Demokrat Partiyasından (ASDP) Araz Əlizadə və fərdi qaydada müraciət etmiş Zahid Oruc, Tural Abbaslı, Asif Məmmədov, Elşən Həsənov, Anar Umudovun adları var.

Məlumat üçün bildirək ki, səhifədə bu gecədən etibarən Razi Nurullayev və Tural Abbaslı arasında seçim imkanı yaradılacaq.

24saat.org

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.