Now Reading:
İlhamə Quliyevanın köməkçisinin istintaqı yekunlaşdı
Full Article 30 second read

İlhamə Quliyevanın köməkçisinin istintaqı yekunlaşdı



Xalq artisti İlhamə Quliyevanın köməkçisi Mehriban Hüseynovanın barəsində cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

Bu barədə məlumat verən vəkil Vasif Mirzəyev bildirib ki, bu gün ona və M. Hüseynovaya müstəntiq tərəfindən istintaqın yekunlaşması elan edilib. Vəkil M. Hüseynovanın ittihamları qəbul etmədiyini, günahsız olduğunu və növbəti həftədən cinayət işinin materialları tanış olmağa başlayacaqlarını deyib.

Qeyd edək ki, M. Hüseynova Cinayət Məcəlləsinin 29.180-ci (soyğunçuluq etməyə cəhd) maddəsinə əsasən ittiham olunur. O, İ. Quliyevanın şikayəti əsasında saxlanılıb.

İ. Quliyeva fevralın 25-də dünyasını dəyişib. (APA)

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: