Now Reading:
İlahiyyatçının şikayəti təmin edilmədi
Full Article 1 minutes read

İlahiyyatçının şikayəti təmin edilmədi



İstintaq: Sərdar Babayev xaricdə təhsil almasına baxmayaraq dini ayinlər keçirməklə qanunu pozub

Dünən Şirvan Apellyasiya Məhkəməsi şiə ilahiyyatçı və Azərbaycan “Din Xadimləri Məclisi” ictimai birliyinin üzvü Sərdar Babayevin (Hacıhəsənlinin) həbs müddətinin uzadılması ilə bağlı şikayəti təmin etməyib.

Vəkil Cavad Cavadovun Turan-a verdiyi məlumata görə, məhkəmə öz qərarını onunla izah edib ki, Sərdar Babayev azadlıqda qalsa, “cinayət fəaliyyətini” davam etdirəcək. İstintaq “dini ayinlərin icrasını” cinayət hesab edir”, deyə vəkil bildirib.

Vəkil əlavə edib ki, Babayevin işinə baxılması ilə əlaqədar Şirvan Apellyasiya Məhkəməsi qarşısında gücləndirilmiş təhlükəsizlik tədbirləri görülüb.

Polis vəkilin öz maşınını məhkəmə binasının qarşısına buraxmayıb. “Yalnız məhkəmə ilə telefon danışıqlarından və mənsiz məhkəmənin baş tutmayacağını izah etdikdən sonra polis məni buraxıb”, deyə Cavadov bildirib.

Babayev fevralın 22-də CM-in 168-1.3-cü (dini təbliğat aparılması tələblərinin pozulması) maddəsi ilə ittiham olunaraq həbs edilib.

İstintaqın iddiasına görə, o, xaricdə təhsil almasına baxmayaraq dini ayinlər keçirməklə qanunu pozub.

Müdafiə tərəfi qanunun bu normasını Avropa Konvensiyasına zidd hesab edir və Qafqaz Müsəlmanları İdarəsinin rəhbərlərinin də xaricdə təhsil almasına diqqət çəkir.

24saat.org

Mənbə – www.meydan.tv

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: