Now Reading:
İki futbol klubumuz avrokuboklardan imtina etdi
Full Article 40 second read


Növbəti mövsüm iki futbol klubumuzun avrokuboklarda iştirak etməyəcəyi dəqiqləşib.

Oxu.Az-a “Kəpəz” klubundan verilən məlumata görə, Gəncə təmsilçisi 2018/2019 mövsümündə avrokuboklarda iştirak etmək üçün AFFA-nın Lisenziyalaşdırma Qrupuna müraciət etməyib.

Buna səbəb komandanın Premyer Liqada autsayder olmasıdır. Hazırda “Kəpəz” turnir cədvəlində yeddi xalla sonuncu pillədədir. Komandanı avrokuboklara vəsiqə verən IV pillədən 13 xal ayırır. Üstəlik, “Kəpəz” Avropa Liqasına vəsiqə verən ölkə kubokunda mübarizəni dayandırdığından klub avrokuboklar üçün lisenziya almağın mənasız olduğu və buna görə də ora müraciət etməmək qərarına gəlib.

Qeyd edək ki, növbəti mövsüm avrokuboklarda iştirak etməyəcəyi dəqiqləşmiş olan klub “Səbail”dir. UEFA qaydalarına görə, klub yaranmasından üç il keçdikdən sonra avrokuboklarda iştirak edə bilər. “Səbail” isə 2016-cı ildə yaradılıb.

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.