Now Reading:
İcra Hakimiyyətinin idarəsi ləğv edildi
Full Article 30 second read


Sumqayıt Şəhər İcra Hakimiyyətinin strukturu olan İnformasiya və Reklam Departamenti ləğv olunduğunu elan edib.
İcra Hakimiyyətinin mətbuat xidmətindən verilən xəbərə görə, kreditorlar tələblərini 2 ay ərzində Azərbaycan prospektində yerləşən Sumqayıt şəhər İcra Hakimiyyətinə bildirə bilərlər.

Qeyd edək ki, keçən il dövlət başçısının sərəncamı ilə Dövlət Reklam Agentliyi yaradılıb.
Sumqayıt şəhər İcra Hakimiyyətinin strukturuna daxil olan İnformasiya və Reklam Departamenti qanunvericiliyə müvafiq olaraq, Sumqayıt şəhəri ərazisində reklam və informasiya siyasətinin həyata keçirilməsi, küçə reklam daşıyıcılarına nəzarəti həyata keçirən dövlət orqanı funksiyasını yerinə yetirirdi.
cumhuriyyet.net

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.