Now Reading:
İcra başçısı müşavirədə yatdığını etiraf etdi
Full Article 30 second read


Şuşa Rayon İcra Hakimiyyətinin başçısı, Bayram Səfərov Prezident İlham Əliyevin iştirakı ilə yanvarın 29-da keçirilən “Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfransda yatması barədə yayılan məlumatlara münasibət bildirib.

B.Səfərov “Report”a açıqlamasında deyib ki, müşavirədə yatması haqqında məlumatlar həqiqəti əks etdirmir: “O konfrans yatmaq yeri deyil axı. Sadəcə, zalda olan gur işıq gözümə düşürdü. Tutaq ki, mürgüləmişəm. Nə olsun ki? İnsanın mürgüləməyi özündən asılıdır ki? Adam yorğun ola bilər. Bunu ermənilərə reklam edirlər? Bunu kimə göstərirlər ki?”

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.