Now Reading:
“İcra başçıları sahibkarları incidirlər…” -DEPUTATDAN ETİRAZ
Full Article 2 minutes read


“Bəzi icra başçıları yerlərdəki sahibkarları incidirlər. Onlara dəstək verilmir. İcra başçıları sahibkarlardan tikinti materialları və sair alırlar. Amma daha sonra isə həmin materialların pulunu ödəmirlər. Belə olan halda isə sahibkarlar pis vəziyyətdə qalırlar. Çox təəssüflər olsun ki, bu barədə bizə müraciətlər daxil olur”.

Modern.az-ın məlumatına görə, bunu Milli Məclisin 29 dekabr tarixindəki iclasında deputat Qüdrət Həsənquliyev deyib.

O bildirib ki, həmin müraciətlərlə bağlı icra başçılarına zəng edən zaman isə telefonlara cavab vermirlər.

“Bu yaxınlarda bir iş adamı müraciət edib. O, “Zaminbank”dan kredit götürüb. Mən bunu ümumiləşdirilmiş nümunə kimi çəkirəm. Deputat həmkarlarım da bilsinlər ki, vəziyyət nə yerdədir.

Həmin şəxs “Zaminbank” vasitəsilə Sahibkarlığa Yardım Fondundan kredit alıb. Sonradan isə Sahibkarlığa Yardım Fondunun təklifi ilə ödəmədiyi pulun hissəsini tam məbləğdə fonda ödəyib. Sahibkarlığa Yardım Fondu da arayış verib ki, bu adam pulu tam şəkildə ödəyib. İndi isə müvafiq qurumlar bu adama arayış vermirlər ki, gedib əmlakını girovdan çıxarsın. Həmin adam da məcbur olub məhkəməyə verib.

Yenə də Əmanətlərin Sığortalanması Fondu məhkəmənin qərarını icra etmir. Bu bir nümunədir. Yüzlərlə belə faktlar mövcuddur. Vəzifəli şəxslər tərəfindən məhkəmə qərarları da icra olunmur. Bəzi şəxslərin vəzifələri böyüdülüb, amma vərdişləri dəyişməyib.

Yenə də sahibkarları incidirlər. Qanunun aliliyinin təmin olunması istiqamətində ciddi addımlar atılmalıdır. Yoxsa yenə də sahibkarlar incidiləcək, vəzifəli şəxslər tərəfindən məhkəmə qərarları icra olunmayacaq”.

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.