Now Reading:
Hökumətin internet qorxusu
Full Article 3 minutes read

Hökumətin internet qorxusu



Virtual aləmə müdaxlə, bu məkanda AzTv ab-havası yarada bilməmək narahatlığından doğur

Azad söz bütün avtoritar rejimlərin əsas düşmənidir. Daha dəqiq desək, bütün avtoritar rejimlər azad sözün qatili olurlar. Belə rejimlər cəmiyyəti yalnız öz yalanları ilə qidalandırmaq, həqiqəti gözdən salmaq uğrunda mübarizə aparırlar. Təəssüflər olsun ki, bu məsələdə də bizim hökumətimiz “barıt”ı çox eləyib. Yəni, başqa avtortarlar azad sözü qətlə yetiriblərsə, bizim hökumətimiz azad sözün soyqırımını həyata keçirib. Məhz bunun göstəricisidir ki, AZərbaycanda artıq müstəqil yazılı mətbuat yoxdur. Azad sözün sonuncu qalası kimi “Azadlıq” qəzeti qalmışdı, amma 5 aydan artıqdır ki, “Azadlıq”ın kağız versiyası işıq üzü görmür. Bəli, ölkədə çap olunan yüzlərlə qəzet hökumətə mədhiyyə demək, korupsiyaya haqq qazandırmaq, tənəzzülü tərəqqi kimi göstərmək missiyasını həyata keçirir. Telekanalların vəziyəti daha acınacaqlıdır. Belə ki, telekanallarda Azərbaycanın inkişafı 3-cü kosmik sürət götürüb və gecə-gündüz bir ailənin şəninə təriflər deyilir.
Belə bir acınacaqlı vəziyyətdə internet faktoru meydana çıxdı və bütün informasiya blokadasını darmadağın etdi. Əminliklə demək olar ki, bu gün sosial şəbəkələr bütün ənənəvi media orqanlarını sıradan çıxarıb. Azərbaycanda yalnız feysbuk sosial şəbəkəsinə 2 milyondan artıq insan qoşulub və bu say sürətlə artmaqdadır. Təkcə feysbuk vasitəsilə rejimin uzun illər ərzində apardığı təbliğat darmadağın edilir. Sosial şəbəkələr sayəsində yalan nəinki yeriyə bilmir, ümumiyyətlə ayaq açmağa fürsət tapmır. Bəli, bütün informasiya resurslarını öz nəzarətində saxlayan hökumət, sosial şəbəkəlrə uduzur və bundan çox narahat olub. Məsələ burasındadır ki, sosial şəbəkələrdə AzTv ab-havası yararmaq mümkün olmur. Hansısa deputat, komitə sədri, nazir öz səhifəsində inkişaf nağııları danışa bilmir. Çünki, dərhal böhran əhli hücuma keçir və hökumətin müdafisəinə qalxanları tərksilah edir. Hətta hökumətin ən qatı tərəfdarı kimi çıxış edən media orqanlarının feysbuk səhifəsində də hökumətə tərfilər yağdırmağa cəsarət etmirlər. Vəziyyət o həddə çatıb ki, hökumət trol komandası yaratmaq məcburiyyətnidə qalıb. Heç kim öz adıyla hökumətin müfadiəsinə qalxmır və saxta adlar altında, hansısa mükafat qarşılığında “mən hökuməti sevirəm” nəğməsi oxuyurlar.
Reallıq budur ki, hökumət bu rəqabətə dözə bilmir və yenə də azad sözün tribunasını sökməyə çalışır. Artıq xeyli vaxtdır ki, “Azadlıq.info”, “meydan.tv”, “azadlıq.org” saytalrına giriş məhdudlaşdırılıb. Çünki, bu saytların böyük oxucu kütləsi var və ölkədəki acınacaqlı vəziyət bu saytlarda çılpaqlığı ilə göstərilir. Amma əsas informasiya portallarına girii bloklamaqla da kifayətlənməyiblər. Bir müddətdir ki, ölkədə internetin sürəti də aşağı salınıb. Təbii kiŞ internet sürətinin aşağı olması internetə girənlərin sayını azaldır, hökumətin ifşasıyla bağlı materialların oxunmasına əngəl yaradır. Ölkədəki korrupsiyanı, talançılığı, siyasi cinayətləri yalnız internet vasitəsilə öyrənəmk mümkündür və hökumət də bu alternativi sıradan çıxarmağa çalışır. Bütün beynəlxalq tədbirlərdə “Azərbaycanda internet azadlığı var” arqumentindən yapışan hökumət, faktiki olaraq virtual məkana müdaxilə edir. Hətta bu ölkədə internet məhbusları da var. Bəli, AXCP sədrinin müavini Fuad Qəhrəmanl ıməhz feysbuk statuslarına görə ittiham edilərək, 10 il həbs cəzası aldı. Bundan başqa da onlarla internet məhbusu var, sadəcə olaraq bu adamlara qarşı rəsmi ittiham internetlə bağlı olmayıb.
Bir sözlə, hökumət ictima rəyin sosial şəbəkələrdə formalaşdığını, internetin böyük maarifçiliyə xidmət etdiyini, insanların sosial şəbəklər vasitəsilə oyandığını görür və bu gedişatı dayandırmaq istəyir. Ölkə vətəndaşları real aləmədə əldə edə bilmədikləri azadlığı virtual aləmdə tapıblar. Hökumət də başa düşür ki, virtual aləmdəki azadlıq hayqırtıları tezliklə real aləmdə özünü göstərəcək. Virtual ələmə müdaxilə hökumətin real aləmdəki limitinin bitməsinin göstəricisidir. Xalqın sevgisindən, öz tərcümeyi-halından arxayın olan hökumət, heç vaxt internet sürətini tormozlamağa cəhd etməz.

İlham

24saat.org

Mənbə – azadliq.info

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.