Now Reading:
Hökumət Ziya Məmmədovu təftişə başladı
Full Article 2 minutes read

Hökumət Ziya Məmmədovu təftişə başladı



Məmmədovların biznes imperiyası çökdürülür

“Vurulmuş” oliqarx, sabiq nəqliyyat naziri Ziya Məmmədovun və ətrafının vəziyyəti getdikcə ağırlaşır. Müşahidələr göstərir ki, ona bir neçə cəbhədən hücumlar ola bilər. Bu günlərdə Azərbaycanda yollara çəkilən xərclərin təftişinə başlanılıb. Hansı ərazilərdə və nə qədər vəsait hesabına başa gələn yolların məbləğləri araşdırılır. Azərbaycanda çəkilən yollar heç də ürəkaçan və standarta uyğun deyil. Bu yollara çəkilən xərc üzrə Azərbaycan dünya liderləri sırasındadır.

Mütəxəssislərin fikrincə, uzun illərdir ki, ölkəmizin yol tikintisinə sərf etdiyi vəsaitlər əbəs yerə xərclənib. Çünki yenilənən yolların çoxu istismar müddəti bitməmiş sıradan çıxır, dağılır, çökür. Bir sözlə, bərbad hala düşür. Bundan əlavə yeni tikilən yolların əksəriyyətində kommunikasiya sistemi düzgün qurulmur. Bu səbəbdən daha çox soyuq, yağışlı və qış aylarında su yığılıb qalmış yollar gölməçələrə çevrilir, asfalt dağılır, yararsız hala düşür. Məsələ ondan ibarətdir ki, yol tikintisi zamanı həddindən artıq şişirtmələr aparılır. Yəni, vəsait bilərəkdən bazar qiymətindən artıq yazılır və bir hissəsi mənimsənilir. Yol üçün sərf edilən tikinti materialları – sement, asfalt, çınqıl, qum və s. bilərəkdən baha rəsmiləşdirilir.

Qeyd edək ki, son günlər hazırda 2 zolaqlıdan 4 zolaqlıya genişləndirilən Bakı – Şamaxı yolunun tikintisinə çəkilən xərclərin təftişinə başlanılıb. Keçmiş nəqliyyat naziri Ziya Məmmədov ilə Dünya Bankının (DB) yerli təmsilçisi arasında bağlanan müqaviləyə görə 110 kilometrlik yolun genişləndirilməsinin əlavə 2 zolağının tikintisi üçün 356,15 milyon dollar vəsait ayrılıb və bunun 241,6 milyon dolları DB tərəfindən kredit kimi götürülüb. Yəni, birzolaqlı yolun bir kilometrinin tikintisi üçün orta hesabla 1,7 milyon dollar nəzərdə tutulub. Bu rəqəm dünya üzrə ən yüksək göstəricilərdəndir. Həqiqətən də, ayrılan vəsait bütünlüklə nəzərdə tutulan yol üçün sərf edilibmi? Bütün bunların nəticələri hər halda təftiş bitdikdən sonra məlum olacaq. Elə o zaman da Ziya Məmmədovun qanunsuz əməlləri gün işığına çıxacaq. Hər halda keçmiş nəqliyyat naziri də digər məmurlar kimi öz vəzifəsini layiqincə “yerinə yetirib”.

Əsas məsələ odur ki, hökumət Ziya Məmmədovu ifşa etmək və tamamilə çökdürmək üçün hərəkətə keçib. Hədəfə gələn Ziya Məmmədovun hansı tutarlı istiqamətdən çökəcəyi hələlik məlum deyil. Ola bilər ki, keçmiş nazirin imperiyası illər boyu etdiyi yol maxinasiyasına görə süquta uğrasın. Nəticə etibarilə ona yönəlmiş hücumlar Məmmədovlar ailəsinin sonu deməkdir. Bütün hallarda zamanı zamanlamaq doğru olmaz və tutarlı tərəfdən Ziya Məmmədovun sıxışdırılıb sıradan kənarlaşdırılması baş verəcək olaylardan olacaq.

cebhe.info

 

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: