Now Reading:
“Heydər bayrağının altından keçək” – SÖZLƏRİ STENDDƏN SİLİNƏCƏK
Full Article 50 second read

“Heydər bayrağının altından keçək” – SÖZLƏRİ STENDDƏN SİLİNƏCƏK

Bir neçə gün öncə Gəncə şəhəri N.A.Nekrasov adına 19 nömrəli orta məktəbdə divara vurulmuş “Heydər bayrağının altından keçək” lövhəsi sosial şəbəkələrdə müzakirə obyektinə çevrilmişdi.


 Arqument.az-ın əməkdaşı müzakirələrin aktuallığını nəzərə alaraq, məsələni dəqiqləşdirmək üçün 19 saylı məktəbin direktoru ilə əlaqə saxlayıb. Məktəbin direktoru Elçin Alıyev stenddə Azərbaycan bayrağının “Heydər bayrağ”ı kimi təqdim edilməsini təsdiq edib.
O, Arqument.az-a deyib ki, stend onun direktor kimi fəaliyyətindən əvvəl mövcud olub: “Heydər Əliyev də bizim dövlət banimiz olub, böyük şəxsiyyət olub. Bir də bu simvolik bir sözdür, yazılıb, elə də qalıb”.
Elçin Alıyev bildirib ki, məktəb təmirə gedir və təmirdən sonra stend dəyişdiriləcək. 
Xatırladaq ki, sosial şəbəkələrdə orta məktəblərin birində eks-prezident Heydər Əliyev üçün açılan xatirə güşəsində dövlət atributu olan Azərbaycan bayrağının “Heydər bayrağının altından keçək” şüarı ilə əvəzlənməsi ciddi müzakirələrə səbəb olmuşdu.
İlqar Vəliyev
Arqument.Az

 

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.