Now Reading:
Helikopter qəzasını görən şahid danışdı
Full Article 40 second read

Helikopter qəzasını görən şahid danışdı



Türkiyənin Giresun vilayətində hərbi helikopterin qəzaya uğraması ilə bağlı şahidlərdən biri danışıb.
Axar.az xəbər verir ki, NTV televiziyasının canlı yayımında danışan Gültəkin Qaraca qəzadan sonra baş verənləri belə izah edib:

“Böyük ehtimalla qatı dumanın olması qəzaya səbəb oldu. Böyük bir gurultu qopdu. Dərhal 112 və 155-ə zəng etdik. Helikopterin qəzaya uğradığı yerə avtomobillə getmək mümkünsüz idi. Hadisə yerinə çatan kimi yaralıları və helikopterin hissələrini dağdan yola endirdik. Öz avtomobilimizlə 9 yaralını daşıdıq, sonra onları təcili tibbi yardım maşınlarına təhvil verdik. Bölgə sıx meşə sahəsidir. Yaralılardan bir xanımın vəfat etdiyini gördüm”.

Qeyd edək ki, bu gün Giresun vilayətində hərbi helikopterin qəzaya uğraması nəticəsində 10 hərbçinin həlak olduğu, 20 vətəndaşın isə yaralanması ilə bağlı qeyri-rəsmi məlumat yayılıb.

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.