Now Reading:
“Heç qaçqın düşəndə çadırda yaşamamışdıq”
Full Article 50 second read

“Heç qaçqın düşəndə çadırda yaşamamışdıq”



Xəzər rayonu Şüvəlan qəsəbəsində yerləşən “Energetika” pansionatında 25 ildir məskunlaşmış məcburi köçkünlər qəzalı vəziyyətə düşən binadan çadırlara yerləşdiriliblər. Evlərinin tavanları qopub töküləndən sonra 140 ailə 71 çadırda məskunlaşdırılıb. Onlar gecədən-gecəyə çadıra gəlib, gecə yarısı yenidən qəzalı binada yatmağa gedirlər. Çadırda torpağın rütubəti, soyuq onlara rahat gecələməyə imkan vermir. Sakinlər deyir ki, Fövqəladə Hallar Nazirliyinin nümayəndələri onlara söz verib ki, uzağı iki aya onlar yeni mənzillərə köçürüləcəklər. Məcburi köçkünlə o vaxta qədər kirayə mənzillərdə yerləşdirilmələrin istəsələr də, buna razılıq verilməyib. Əraziyə fövqəladə hallar naziri Kəmaləddin Heydərov, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri baş çəkib. Sakinlər deyir ki, onlara köçürüləcəkləri ilə bağlı bir neçə ildir söz verilir, bu dəfə  normal evlərdə yaşayacaqlarına ümid edirlər.

24saat.org

Mənbə – www.meydan.tv

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: