Now Reading:
Havası ən çox çirklənmiş şəhər
Full Article 30 second read

Havası ən çox çirklənmiş şəhər



Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) İran şəhərini dünyada havası ən çox çirklənmiş şəhər sayır.

İranın Əfqanıstanla sərhəddə yerləşən Zabol şəhəri reytinqdə birinci yerdə gəlir. Bu şəhərdə yay aylarında toz qasırğaları olur.

Zaboldan sonrakı 4 yeri isə Hindistanın Qvalior, Allahabad, Patna və Racpur şəhərləri tutur.

ÜST dünyada çirklənmə həddinin 2008-2013-cü illərdə 8 faiz artdığını bildirir. İnkişaf etmiş ölkələrin şəhərləri isə havasının təmizlənməsi üçün işlər görüb.

Qurum hava çirklənməsindən ildə 7 milyon çox insanın öldüyünü deyir. Çirklənmə iflic, ağ ciyər və ürək xəstəliklərinə səbəb olur.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: