Now Reading:
Hakimiyyətdən Cəmil Həsənliyə qarşı kibercinayət
Full Article 2 minutes read


Milli Şuranın sədri Cəmil Həsənliyə qarşı kibercinayət baş verib. Onun feysbuk səhifəsi ələ keçirilib və səhifədəki bütün paylaşımlar silinib. Səhifəni ələ keçirənlər həmçinin, onu izləyənlərin sayını, bloklayaraq, 70 mindən çox azaldıblar.
AXCP sədri Əli Kərimli bu hadisəyə münasibət bildirərək, hakimiyyətin belə ucuz əməllərlə Cəmil Həsənlini susdura bilməyəcəyini qeyd edib:

“Acgöz oğrular indi də Milli Şuranın sədri Cəmil Həsənlinin səhifəsini ələ keçiriblər. Səhifəni ələ keçirən kimi də başlayıblar onu bəyənmiş adamları blok etməyə. Qısa vaxtda səhifəni izləyənlərin sayını 108 mindən 34 minə endiriblər. Səhifədəki yazılarını, videoçıxışlarını siliblər. Növbəti dəfə etiraf edirlər ki, oğrudurlar, cinayətkardırlar (indi etdikləri də kibercinayətdir), siyasətə təsadüfən soxulmuş, rəqabət qabiliyyəti olmayan bacarıqsızlardır. Cəmil Həsənlinin səhifəsini ələ keçirə bilərsiniz, ancaq Cəmil Həsənlini susdura bilməyəcəksiniz. O, danışacaq və yazacaq, sizi ifşa edəcək, xalqımız da bir yolunu tapıb onu oxuyacaq, dinləyəcək. Çünki xalqımız sizdən də, sizin yalanlarınızdan da bezib, azadlıq, doğru söz eşitmək istəyir. Bütün qanunsuz cəhdləriniz əbəsdir. Xalqımız sizdən qurtulmağın yolunu tapacaq”.
Yada salaq ki, bugünlərdə AXCP sədri Əli Kərimlinin də feysbuk səhifəsini ələ keçirməyə cəhd olmuşdu. Ə.Kərimlinin sözlərinə görə, səhifəni cəmi 30 dəqiqəyədək onun nəzarətindən çıxara bilmişdilər. Bununla belə həmin vaxt ərzində səhifədəki bir neçə aylıq paylaşımları silə və izləyənlərini bloklayaraq, 3 mindən çox azalda bilmişdilər.
azadliq.info

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.