24 saat
Prezidentin köməkçisi Novruz Məmmədov

Hakimiyyət İlqar Məmmədovu azadlığa buraxmaq istəyir?


REAL Hərəkatının həbsdə olan sədri İlqar Məmmədov şərti azadlığa buraxıla bilər. Prezidentin köməkçisi Novruz Məmmədov bu gün REAL sədrilə bağlı məsələyə münasibət bildirərkən onun şərti azadlığa buraxıla biləcəyinə eyham edib.

Novruz Məmmədov bildirib ki, Azərbaycan İlqar Məmmədovla bağlı Avropa Məhkəməsinin qərarının icrası üçün bütün mümkün vasitələrdən istifadə etməklə bağlı öz vədlərinə sadiq qalaraq, prezidentin sərəncamı ilə müvafiq qanunvericilik islahatlarının aparılmasına davam edir.

“Bu xüsusda, qanunvericiliyə edilmiş dəyişikliklərə uyğun olaraq, 2017-ci ilin dekabrın 1-dən etibarən İ.Məmmədov məhkəməyə müraciəti əsasında cəza müddətinin 2/3 hissəsini çəkdiyinə görə şərti azadlığa buraxılma hüququna malik ola bilər. Bununla yanaşı, Azərbaycan tərəfi məsələnin digər həll yollarının axtarılması üçün konstruktiv danışıqlara gedə bilər” – deyə Novruz Məmmədov vurğulayıb.
Novruz Məmmədovun bu açıqlaması yaxın günlərdə İlqar Məmmədovla bağlı müsbət qərarın veriləcəyi ehtimalını artırır.

İlqar Məmmədov

İlqar Məmmədov

Qeyd edək ki, İlqar Məmmədovla bağlı məsələ Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlərin gərginləşməsinə səbəb olub. Hətta Azərbaycanın Avropa Şurasından çıxarılması üçün Avropa Məhkəməsində prosedur başlanılıb. Onu da qeyd edək ki, bu ilk haldır və ekspertlər bunu Azərbaycanın dövlət maraqlarına zərbə olduğunu vurğulayırlar. Görünür, hakimiyyət də Azərbaycanın Avropa Şurasından çıxarılmasının dövlət üçün ciddi zərbə olmasının fərqinə varıb.

Və İlqar Məmmədovun heç olmasa şərti azadlığa buraxılması məqsədəuyğun sayılıb. Əks təqdridə Novruz Məmmədov buna hətta işarə edə bilməzdi.

az24saat.org

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: