Now Reading:
Hafiz Hacıyev Ramiz Mehdiyevlə Kəmaləddin Heydərovu hədəfə aldı
Full Article 3 minutes read

Keçmiş prezidentliyə namizəd Hafiz Hacıyev yenicag.az saytına açıqlamasında seçkilərdə ikinci və üçüncü yer tutan namizədləri hədəf alaraq onları oğru və xarici kəşfiyyata işləyən adlandırıb. Daha sonra o əlavə edib ki, onun səsləri oğurlanaraq məhz həmin şəxslərə yazılıb.



24saat.org xəbəri verir ki, prezident seçkilərinin ilkin nəticələrinə görə, Zahid Oruc 3,11 faiz səslə II, Qüdrət Həsənquliyev isə 3,04 faiz səslə III yeri tutub. Hafiz Hacıyevə gəlincə, o, 1.51 fazi səslə altıncı yerdə qərarlaşıb.

Keçmiş namizədin Zahid Orucla Qüdrət Həsənquliyevi sərt tənqid etməsi bəzi mülahizələrə səbəb olub. Analitiklər Hafiz Hacıyevin məlum fikirlərini hakimiyyət daxilindəki ziddiyyətlərlə izah edirlər. İddialara görə, Zahid Oruc iqtidar komandasında Prezident Admnistrasiyasının rəhbəri Ramz Mehdiyevin rəhbəri olduğu qruplaşmanı təmsil edir. Qüdrət Həsənquliyevin adı isə uzun illərdir Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun adamı kimi hallanır. Bu halda Hafiz Hacıyevin başqa bir qrupu təmsil etdiyinə dair ehtimallar yaranır və əslində onun Zahid Orucla Qüdrət Həsənquliyevi deyil, bu şəxslərin təmsil etdiyi qruplaşmaları hədəfə aldığı qənaət formalaşır.

Hafiz Hacıyev hətta çəkinmədən bu qrupları xarici dövlətlərlə bağlayır. Görünür, keçmiş namizəd iqtidar daxilində Rusiyameylli qüvvələrin olması barədə iddialardan çıxış edərək konkret ünvan göstərmək istəyir. Onun bu sayaq təhlükəli fikirlər səsləndirməsinin özfəaliyyət olması inandırıcı görünmür.

Xatırladaq ki, Zahid Oruc İctimai kanalda təşkil edilən dəyirmi masa zamanı Azərbaycanın başına gələn fəlakətlərin Rusiyadan uzaqlaşmaq siyasəti yürütdüyü zamanlarda reallaşdığını bildirərək, Rusiyanın Azərbaycan üçün əhəmiyyətli qüvvə olduğunu vurğulamışdı.

Müsair Müsavat partiyasının sədri Hafiz Hacıyevin etirazının tam mətnini təqdim edirik:

“Biz açıqlanmış bu nəticələrlə razılaşa bilmərik. Mənim topladığım səsləri götürüb 2-ci və 3-cü yerləri verdikləri oğrulara yazıblar. O adamların bu ölkə qarşısında hansı xidmətləri olub? Xarici kəşfiyyata məlumat ötürənləri aparıb 2-ci, 3-cü yerə çıxarıblar.
Özləri də bilirlər ki, onlar xalq arasında heç bir nüfuzu olmayan insanlardır. Onlar necə 2-ci, 3-cü yerləri tuta bilərlər? Bu, mənə qarşı növbəti ədalətsizlikdir. Hər dəfə mənim səslərimi aparıb iki deputata yazırlar. Hansı ki, heç öz uşaqları da onlara səs verməyiblər.
Hər şeyin bir həddi-hüdudu var. Saxta deputat mandatı onlarda, 2-ci, 3-cü yer onlarda… Belə şey olmaz axı. O şəxslərin özləri mənə deyirdilər ki, sən olan yerdə bizim nüfuzumuz yoxdur. Yaxşı, nə oldu bəs? Niyə mənim səslərimi o oğrulara yazırlar? Bu, nə tərəfkeşlikdir, nə üzgörənlikdir?
Onlara saxta deputat mandatı verirlər, buna dinmirik, müəyyən qruplara qoşulub ölkənin sərvətini dağıdırlar, buna da dillənmirik… Ancaq belə ədalətsizlik olmaz!

Biz öz sözümüzü deyərək, haqqımızı tələb edəcəyik. İndi protokollar üzrə rəsmi nəticələrin açıqlanmasını gözləyirik. Bundan sonra atacağımız addımlara baxacağıq. Partiyamız bu ədalətsizliyə, bu rəzalətə dözə bilməz. Üzvlərimiz mitinqlərə hazırlaşırlar, biz qəti sözümüzü deyəcəyik.
İki oğrunu salıblar ortaya, sağdan-soldan dəstəkləyirlər. Onların arxasında duran qüvvələrin əkdəriyyəti dövlət başçısına xəyanət etmiş insanlardır. Yenə deyirəm, biz bu rəzalətə dözməyəcəyik”.

Az24saat.org

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.