Now Reading:
Hacıbala Abutalıbov cəzalandırılır?
Full Article 1 minutes read

Hacıbala Abutalıbov cəzalandırılır?



Milli Məclisin bu gün keçiriləcək iclasında “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında” Qanunun 7-ci maddəsinə əlavələrlə bağlı layihə müzakirəyə çıxarılacaq.

Az24saat.org xəbər verir ki, həmin maddədə yerli büdcənin gəlirləri nəzərdə tutulur. Layihədə yerli büdcənin gəlirləri sırasına bələdiyyələrə aid yollarda təşkil edilən parkomatlardan yığılan vəsait də əlavə olunur. Buna uyğun olaraq “Avtomobil yolları haqqında Qanun”a da dəyişiklik ediləcək.

Məlumat üçün deyək ki, parkomatların quraşdırılması və pulların yığılması Bakı Şəhər İcra Hakimiyyətinin səlahiyyətindədir. Lakin iri pulların dövr etdiyi bu sahə uğrunda zaman-zaman başqa qurumların da mübarizə apardığı barədə mediada çoxsaylı məlumatlar dərc olunub.

Mübarizə aparan qurumlar arasında əsasən Baş Dövlət Yol Polisi İdarəsinin adı hallandırılır. Ziya Məmədovun nəqliyyat naziri olduğu dönəmdə Nəqliyyat Nazirliyinin də bu sahəni ələ keçirmək cəhdlərinin olduğu barədə mediada məlumatlar gedib. Nəqliyyat nazirliyi artıq ləğv edilib. Onun səlahiyyətləri bir neçə qurum arasında bölüşdürülüb. Faktiki olaraq parkomatlar uğrunda mübarizə aparan tərəflərdən biri artıq yoxdur.

Bəzi iddialara görə, bələddiyyə yollarında parkomatlardan yığılan gəlirin yerli özünüidaretmə orqanlarına həvalə edilməsi Bakı Şəhər İcra Hakimiyyətinin səlahiyyətlərini məhdudlaşdırmaq kimi qiymətləndirilməlidir.

Hesab edilir ki, mərhələ-mərhələ bu səlahiyyət Bakı Şəhər İcra Hakimiyyətindən alınacaq.

Az24saat.org

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.