Now Reading:
Həmməruzəçi Gözəl Bayramlı barədə: Hüququn aliliyinə əməl olunmayıb
Full Article 30 second read


AŞPA həmməruzəçisi məhkəmə qərarına reaksiya verdi

AXCP sədrinin müavini Gözəl Bayramlının üç il müddətinə azadlıqdan məhrum edilməsinə Avropa Şurası Parlament Assambleyasının Azərbaycan üzrə həmməruzəçisi Stefan Şennak reaksiya verib.

Tvitter mikrobloqunda S.Şennak G.Bayramlıya niyə görə hökm oxunması barədə sual edib.

Həmməruzəçi qeyd edib ki, G.Bayramlının məhkəməsindən narahatdır və onun həbsi yanlış olub.

“Hüququn aliliyə əməl olunmayıb”, S.Şennak yazıb.

Yanvarın 23-də Qazax rayon məhkəməsi G.Bayramlını qaçaqmalçılıqda günahkar bilərək üç il müddətinə azadlıqdan məhrum edib.
meydan.tv

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.