Now Reading:
Gürcüstanın Azərbaycanda ilk səfiri olmuş Giorgi Çanturiya vəfat edib
Full Article 30 second read


Gürcüstanın Azərbaycanda ilk səfiri olmuş Giorgi Çanturiya uzun sürən xəstəlikdən sonra vəfat edib. Bu barədə G. Çanturiyanın qohumları bildirib.

G.Çanturiya 1957-ci ildə anadan olub. O, müxtəlif dövlət vəzifələrində çalışıb. 1992-1993-cü illərdə Azərbaycan, ABŞ, Böyük Britaniya, Almaniya, İsveçrə və İsraildə diplomatik missiyalarda fəaliyyət göstərib.

1993-cü ildə Gürcüstan prezidentinin beynəxalq məsələlər üzrə müşaviri, 1994-1996-cı illərdə Gürcüstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri, 1996-cı ildən etibarən prezidentin xüsusi elçisi və Gürcüstan Beynəlxalq Neft Korporasiyasının prezidenti olub.

Son illərdə G.Çanturiyanın Azərbaycanda çalışdığı bildirilir. (APA)

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.