Now Reading:
Gürcüstan lideri Saakaşvilini əfv etmədi
Full Article 50 second read


Gürcüstan prezidenti Qeorqi Marqvelaşvili qiyabı olaraq ölkəsində mühakimə olunan Saakaşvilini əfv etmək niyyətində deyil

Oxu.Az “RİA Novosti”yə istinadən xəbər verir ki, Gürcüstan lideri bu barədə “Rustavi-2” teleşirkətinə verdiyi müsahibədə bildirib.

“Mən hansı məntiqə görə Saakaşvilini əfv etməliyəm? Prokurorluq ittihamı hansı şəkildə irəli sürəcəyini, istintaqı hansı şəkildə aparacağını qərarlaşdıra bilmir, hakimlər əfvlə bağlı qanunvericilikdən qanunsuz istifadənin sərhədlərini müəyyən edə bilmir. İndi elə çıxır, Gürcüstan prezidenti əfv etməli və bununla onların səhvini düzəltməlidir?”, – deyə Marqvelaşvili özündən çıxıb.

“Əfv etmə – məhkəmə səhvinin düzəlişi deyil, daha çox bir şəfqət aktıdır. Sizcə, bu cür reallığın qarşısında Saakaşvilliyə qarşı müsbət emosiya bəsləyə bilərəm?”, – deyə prezident bildirib.

Gürcüstanın dövlət başçısı keçmiş həmkarını prokurorluq və məhkəmələrin köhnə ənənələr əsasında fəaliyyət göstərdiyi mövcud ədliyyə sisteminin yaradılmasında günahkar bilib. Marqvelaşvilinin sözlərinə görə, hakimiyyət bu cür sistemin kökünü kəsməkdə acizdir.

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.