Now Reading:
Gürcüstan ancaq Azərbaycan qazı almağı planlaşdırır
Full Article 50 second read

Gürcüstan ancaq Azərbaycan qazı almağı planlaşdırır



Gürcüstan qaza olan bütün tələbatını Azərbaycanın hesabına ödəmək niyyətindədir.

“Turan” Agentliyinin xəbərinə görə, bunu Gürcüstanın energetika naziri Kakha Kaladze (Kaxa Kaladze) deyib.

O, Rusiyanın “Qazprom” və digər şirkətlərindən qaz alışı ilə bağlı perspektivlərin olmadığını ifadə edib.

Buna da bax:​ ‘Cənub Qaz Dəhlizi’ QSC-dən növbəti 1 milyardlıq avrobond

“2017-ci ilin sonunadək qaz alışı ilə bağlı hansısa Rusiya şirkəti ilə yeni müqavilə imzalamağı düşünmürük”, nazir bildirib.

Ötən il Gürcüstan Azərbaycandan neft nəqlini artırıb.

Gürcüstanın Azərbaycandan əlavə olaraq 500 mln. kubmetr qaz alması ilə bağlı razılıq əldə edilib.

SOCAR prezidenti R. Abdullayev 2016-cı ildə Gürcüstanda səfərdə olarkən gələcəkdə bu ölkəyə qazın nəqlinin artırılmasını istisna etməmişdi:

Buna da bax: SOCAR IT sahəsinə girişir

“Azərbaycan Gürcüstana çox böyük güzəştlər edib. “Şahdəniz 2” layihəsi 2018-2019-cu illərdə başa çatdıqdan sonra Gürcüstan daha çox həcmdə mavi yanacaq ala biləcək”, – deyə o qeyd edirdi.

İndilikdə isə ekspertlər bunu mümkün saymır.

24saat.org

Mənbə – azadliq.org

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: