24 saat

Günlük kirayəlik evdə GİZLİ KAMERA ŞOKU – FOTO


Dünyaca məşhur internet portalı Airbnb yeni bir problemlə qarşı-qarşıyadır.

Milli.Az xarici mediaya istinadən xəbər verir ki, kirayəlik ev və otaq xidməti təklif edən Airbnb istifadəçiləri evlərdə gizli kamera tapdıqlarını söyləyərək internetdə sözügedən görüntünü çəkib, paylaşırlar.

Son olayda bir ABŞ-lı 27 noyabrda tvit ataraq gizli kamera ilə bağlı şikayətlənib. Ceyson Skott adlı bu şəxs Airbnb-dən kirayələdiyi otaqda internetə qoşulu gizli kameranı tapan dostunun gecə saat 3-də evi tərk etdiyini qeyd edib.

Skott dostuna vurulun mənəvi zərərə görə pul ödənildiyi və evi dostuna kirayə verən şəxsin Airbnb sistemindən çıxarıldığını sözlərinə əlavə edib.
Qeyd edək ki, son bir ayda iki fərqli şəxs sözügedən portaldan kiayələdikləri evdə gizli kamera aşkar etdikləri barədə aidiyyəti qurumlara şikayət ediblər.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: