Now Reading:
Gülər Əhmədovanın vəkili dələduzluğa görə məhkum edildi
Full Article 2 minutes read


Vəkillər Kollegiyasının üzvü Əfsər Talıbov barəsində çıxarılmış 5 illik cəzadan apellyasiya şikayəti verib və şikayətə bu günlərdə baxılacaq.

Ə.Talıbov CM-nin 178 (dələduzluq) və 32.4, 312.2 (rüşvət vermə – ələ alma, sövdələşmə və digər üsullarla başqasını cinayətə sövq etmə) maddələri ilə məhkum edilib.

Bu haqda Bakı Ağır Cinayətlər Məhkəməsi yanvarın əvvəlində hökm çıxarılıb.

Vəkil Mehman Səmədov adlı şəxsin polisə şikayətindən sonra cinayət məsuliyyətinə cəlb olunub. İttihama görə, Ə.Talıbov zərərçəkmiş Səmədovdan 22 min 900 manat pul alıb, onu aldadıb. Amma məhkəmənin gedişində tərəflər barışıb. M.Səmədov təqsirləndirilən şəxsdən şikayət və tələbi olmadığını bildirib, məhkəməyə də bu haqda ərizə təqdim edib. Bunu nəzərə alaraq, məhkəmə vəkilə münasibətdə CM-nin 70-ci (şərti məhkum etmə) maddəsini tətbiq edib. Ə.Talıbova 2 il sınaq müddəti olmaqla, 5 il cəza verib.

Vəkil olmayan evini satıb…
Ə.Talıbov özü hökmdən narazı qalmasa da, bu işdə dövlət ittihamını müdafiə edən prokuror razılaşmır. Cəzanın ağırlaşdırılmasını istəyən prokuror hökmdən apellyasiya protesti verib. Protestə fevralın 1-də Bakı Apellyasiya Məhkəməsində Əmir Bayramovun sədrlik etdiyi hakimlər kollegiyası baxacaq.

Vəkilin cinayət məsuliyyətinə cəlb edilməsinə səbəb olan hadisənin mahiyyətinə gəlincə, iş materiallarında yazılıb ki, Ə.Talıbov «Kamran» Mənzil-Tikinti Kooperativinin sahibi Tofiq Babayevdən həmin şirkətdən guya, ev alması haqda saxta müqavilə tərtib etməsini istəyib. Deyib ki, M.Səmədov adlı adama borcu var, pis vəziyyətdə qalıb, həmin müqaviləni girov kimi onun yanına qoyub, bir müddətlik vaxt alacaq, həmin müddətdə pulu düzəldib borcu qaytaracaq. Müqaviləni geri alandan sonra da gətirib qaytaracaq.

O biri tərəfdən də vəkil Xəyyam Hətəmov adlı tanışına deyib ki, Yeni Yasamaldakı çoxmərtəbəli binada evi var, onu satır. Hətəmovdan xahiş edib ki, ona müştəri tapsın. X.Hətəmov da müştəri olaraq, zərərçəkmiş M.Səmədovu tapıb. Ə.Talıbov evi satmaq adı ilə Səmədovdan pul alıb.

Ə.Talıbov daha çox keçmiş deputat Gülər Əhmədovanın vəkili kimi tanınıb. Sabiq deputat həbs olunarkən onun hüquqlarını başqaları müdafiə etsə də, həm Bakı Ağır Cinayətlər Məhkəməsində, həm də Bakı Apellyasiya Məhkəməsində vəkili Ə.Talıbov olub.

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.