Now Reading:
Gözəl Bayramlı Əli Kərimlinin məhkəmədə dindirilməsini istədi
Full Article 50 second read

Gözəl Bayramlı Əli Kərimlinin məhkəmədə dindirilməsini istədi



Fevralın 28-də Gəncə Apellyasiya Məhkəməsində AXCP sədrinin müavini Gözəl Bayramlının 3 il azadlıqdan məhrum edilməsinə dair hökmdən verilmiş şikayət üzrə ilkin baxış iclası keçirilib.

Məhkəmədə G.Bayramlının vəkili Elçin Sadıqov onun ev dustaqlığına buraxılması, onun saxlandığı sərhəd-buraxılış məntəqəsindəki müşahidə kameralarının görüntülərinin alınması və məhkəmədə baxış keçirilməsi, hal şahidi qismində tanınan şəxslərin apellyasiya məhkəməsində də dindirilməsi haqda vəsatətlər qaldırıb. Daha bir vəsatət isə AXCP sədri Əli Kərimli, partiyanın Qadınlar Şurasının sədri Solmaz Hüseynova, Milli Şuranın üzvü Gültəkin Hacıbəylinin məhkəmədə əlavə şahid qismində dindirilməsi olub. Vəkil bu vəsatətini belə əsaslandırıb ki, G.Bayramlı gömrük-keçid məntəqəsindən adları çəkilən şəxslərə zəng edərək, çantasına nəsə atıldığını söyləyib.

G.Bayramlı da vəkilinin vəsatətlərini dəstəkləyib.

Dövlət ittihamçısı Qalib Rizvanov isə əksinə, vəsatətlərin əleyhinə olub və təmin edilməməsini istəyib.

Teyyub Muxtarovun sədrlik etdiyi hakimlər kollegiyası vəsatətlərin heç birini təmin etməyib. Bu iş üzrə məhkəmə baxışı martın 12-nə təyin olunub. (azadliq.org)

24saat.org

Mənbə – azadliq.info

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.