Now Reading:
Gömrükçülər 144 litr “Nemiroff” aşkar etdilər – FOTO
Full Article 30 second read

Gömrükçülər 144 litr “Nemiroff” aşkar etdilər – FOTO

Gəncədə qaçaqmalçılıq yolu ilə gətirilən külli miqdarda araq aşkar edilib.


Dövlət Gömrük Komitəsi (DGK) Gəncə Gömrük İdarəsinin gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olmuş əməliyyat məlumatına əsasən, Azərbaycan vətəndaşının idarə etdiyi nəqliyyat vasitəsi Qazax-Gəncə yolunda saxlanılıb.
24saat.org– uın Dövlət Gömrük Komitəsinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, həmin nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.
Baxış zamanı nəqliyyat vasitəsində ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilən 144 ədəd bir litrlik “Nemiroff” adlı araq aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.