Now Reading:
Generalitet toydan girov götürülüb – TƏFƏRRÜAT MƏLUM OLDU
Full Article 40 second read

Generalitet toydan girov götürülüb – TƏFƏRRÜAT MƏLUM OLDU



24saat.org saytı bildirir ki, Türkiyədə hərbi çevrilişə cəhd zamanı Hava qüvvətləri Komandiri General Abidin Ünalın necə girov alındığı ortaya çıxıb.

Dünən gecə Eskişehirdəki Hava qüvvələri Komandiri General Mehmet Şanverin qızının “Moda Deniz Klubu”nda toy mərasimi baş tutub.

General Ünal və Hava qüvvətləri komandanlığının hərbi heyəti toy mərasimində iştirak edib.

Toy davam edərkən bir hərbi vertolyot Klubun bağçasına havadan atəş açaraq enib və kamufulaj geyimdə olan əsgərlər vertolyotlardan anı şəkildə enərək General Ünal və General Şanver də daxil olmaqla bütün generaliteti  girov götürərək aparıblar.

Hazırda girovları xilas etmək üçün əməliyyat hazırlanır.

Daha ətraflı məlumatlar az sonra  24saat.org saytında…

24saat.org

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.