Now Reading:
Freedom House 2018: Demokratiya bütün dünyada geri çəkilir…
Full Article 2 minutes read


Amerikada mənzillənmiş Freedom House – insan haqları təşkilatı yanvarın 16-da özünün növbəti – “2018-ci ildə Dünyada Azadlıq” hesabatını açıqlayıb.

Hesabatda deyilir ki, demokratiya qlobal miqyasda hücumlara məruz qalaraq geri çəkilməli olur.

Hesabat bunu əsas etibarilə Amerikada demokratik standartların sürətlə aşılanması nəticəsində yaranmış böhranla izah edir.

Sənəddə qeyd olunur ki, aparıcı demokratiyaların geri çəkilməsindən fürsətlənən Rusiya və Çin repressiyalarını nəinki artırır, hətta özlərinin mənfi təsirlərini başqa ölkələrin üzərinə köçürürlər.

Hesabatda bildirilir ki, avtokratik rejimlər öz hakimiyyətlərini qoruyub saxlamaq üçün hətta öz sərhədlərindən uzaqlardakı debatları boğmağa, dissidentləri təqib etməyə, dünya təsisatlarını sarsıtmağa çalışırlar.

Freedom House-un hesabatında deyilir ki, indiyədək bütün dünyada demokratiyanın həm nümunəsi, həm də müdafiəçisi olan ABŞ-ın özündə demokratik standartların zəifləməsi əsasən 2017-ci ilə təsadüf edib. Hesabat bunu Rusiyanın ABŞ prezident seçkisinə iddia olunan müdaxiləsi ilə izah edir.

Dünya azadlığının xəritəsi


Demokratiyanın cəbhə boyunca geri çəkildiyi bir vaxtda ölkələrin azadlıq təsnifatında da yaxşılaşma gözləmək çətin idi.

Hesabatda 49 ölkə “azad olmayan” kateqoriyasına daxil edilib. Azərbaycan da artıq bir xeyli vaxtdır ki, bu kateqoriyada qalır.

Lakin bu kateqoriyanın özündə də “öndə gedən” 12 ölkə “pisin-pisi” kimi damğalanıb. Bunlar demokratiya təsnifatında 100 mümkün baldan 10 və ya daha az bal toplamış Suriya, Cənubi Sudan, Eritreya, Şimali Koreya, Türkmənistan, Ekvatorial Qvineya, Səudiyyə Ərəbistanı, Somali, Özbəkistan, Sudan, Mərkəzi Afrika Respublikası və Liviyadır.

Azərbaycanla birlikdə Əfqanıstan, Belarus, İran, Qazaxıstan, Rusiya, Tacikistan da azad olmayan ölkələr kateqoriyasındadır.

Azərbaycanın iki qonşusu – Ermənistan və Gürcüstan, Bosniya-Herseqovina, Kosovo, Qırğızıstan, Makedoniya, Moldova, Monteneqro (Çernoqoriya), Pakistan və Ukrayna ilə yanaşı qismən azad ölkələr kateqoriyasına daxil olub.

Dövlət statusu olmayan ərazilər arasında Dağlıq Qarabağ da var və o qismən azad kateqoriyasında qalır.

Hesabatda təhlil edilmiş 196 ölkədən 88-i azad, 58-i isə qismən azad kateqoriyasındadır.

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.