Now Reading:
Fransada törədilmiş terror aktı ilə əlaqədar AMP-in Bəyənatı
Full Article 40 second read

Fransada törədilmiş terror aktı ilə əlaqədar AMP-in Bəyənatı



Ötən gün Nitsa şəhərində törədilmiş qanlı terror hadisəsi bizi çox sarsıtdı.

Çoxlu sayda insanın həyatını itirməsi və yaralıların olması ilə nəticələnən bu xaincəsinə hücumu bütün bəşəriyyətə qarşı təcavüz kimi qiymətləndiririk. Dinc və günahsız insanları həyatdan məhrum etməyə hesablanmış təcavüzü qətiyyətlə pisləməklə yanaşı bütün gücləri terrora qarşı qətiyyətlə mübarizə aparmağa, terror aktının sifarişçilərinə və icraçılarına qarşı ən sərt mübarizə üsullarından istifadə etməyə çağırırıq. Gələcəkdə belə hadisələrin bir daha təkrarlanmaması və qanlı terror aktını törətmiş qatillərin cəzalandırılması üçün bütün terror təşkilatlarına qarşı səyləri birləşdirmək dünya dövlətlərinin ən başlıca vəzifəsi olmalıdır. Terror nəticəsində həyatlarını itirmiş şəxslərin ailə üzvlərinə, həmçinin Fransa dövlətinə və xalqına dərin hüznlə başsağlığı verir, xəsarət alanlara Uca Allahdan şəfa diləyirik!

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.